Ramin babayev zeyneb xanlarova biography

Zeynəb Xanlarova

Zeynəb Xanlarova (28 dekabr1936, Bakı) — Azərbaycan müğənnisi, ictimai xadim, SSRİ xalq artisti (1980), Azərbaycan SSR xalq artisti (1975), Ermənistan SSR xalq artisti (1978), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1988), "Heydər Əliyev" ordeni laureatı (2016). Azərbaycan SSR Ali Sovetinin XI, XII çağırış deputatı, (1985–1995).

Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV, V çağırış deputatı (1995–2020)

Həyatı

[redaktə | vikimətni redaktə et]

Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur[1]. O, 1956-cı ildə M. Ə. Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikomunu bitirib.

Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü. Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında Leyli və Əsli obrazlarını yaradıb. Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur.

Zeynəb Xanlarova Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarından biridir. Haqqında "Salam, Zeynəb!" adlı sənədli televiziya filmi çəkilib.

Yaradıcılığı

[redaktə | vikimətni redaktə et]

1961-ci ildən Opera və Balet teatrının solistidir. Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında müvafiq olaraq LeyliƏsli obrazlarını yaratmışdır.

Repertuarında muğam (Şahnaz, Mahur, Qatar, Bayatı-Şiraz və s.), təsnif və Azərbaycan xalq mahnıları, Azərbaycan bəstəkarlarının (Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Arif Məlikov, Emin Sabitoğlu, Ələkbər Tağıyev və b.) və şərq xalqlarının mahnıları geniş yer tutur. Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçısıdır.

O, həmçinin bir sıra mahnıların da müəllifidir. Dünyanın əksər ölkələrində konsertlər verib və bir çox dillərdə mahnılar ifa edib.

Siyasi fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

Azərbaycan SSR Ali Sovetinin XI, XII çağırış və Azərbaycan Respublikasının Milli MəclisininI, II, Cardinal, IV və V çağırış deputatı olmuşdur.

Mükafatları

[redaktə | vikimətni redaktə et]

Filmoqrafiya

[redaktə | vikimətni redaktə et]

  • Abşeron ritmləri (film, 1970)
  • Toyda görüş (film, 1970)
  • Konsert proqramı (film, 1971)
  • Qəribə xtc (film, 1979)
  • Nəğməkar torpaq (film, 1981)
  • Üzeyir ömrü (film, 1981)
  • Salam, Zeynəb!

    (film, 1982)

  • Şərt (film, 1984)
  • Hacı Arif (film, 1995)
  • Şeirin xəzrisi (film, 2000)
  • Əliyevin əli (film, 2000)
  • Uğur formulu (film, 2007)
  • Yorulmamışam. Rövşən Behcət (film, 2007)
  • Xilaskar. Troika Film (film)

Həmçinin bax

[redaktə | vikimətni redaktə et]

İstinadlar

[redaktə | vikimətni redaktə et]

  1. ""Əsən yellər"- Zeynəb Xanlarova".

    2020-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-25.

  2. ↑Z. Y. Xanlarovanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı // Azərbaycan Respublikası Prezidentinin Fərmanları və Sərəncamları.- Bakı, 1996.- № 4.- S. 72.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]